AZE | RUS | ENG |

Tanınmış idmançılarımız ruslara qarşı

Tanınmış idmançılarımız ruslara qarşı
Şahmat üzrə Qran-pri çərçivəsində III turnir davam edir.


Apasport.az saytının məlumatına görə, İsveçrənin Zuq şəhərində baş tutan yarışın II günündə Teymur Rəcəbov ilə Şəhriyar Məmmədyarov növbəti sınaq qarşısındadırlar. Qrossmeysterlərimiz rusiyalı şahmatçılarla üz-üzə gələcəklər. Belə ki, Rəcəbov Sergey Karyakini, Məmmədyarov isə Aleksandr Morozoviçi sınağa çəkəcək. Digər görüşlərdə isə Rüstəm Qasımcanovla Qata Kamski, Veselin Topalovla Peter Leko, Hikaru Nakamurayla Aniş Qiri və Ruslan Ponomaryovla Fabiano Karuana münasibətlərinə aydınlıq gətirəcək. Qeyd edək ki, 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq. II tur 19 aprel Rüstəm Qasımcanov (2709, Özbəkistan) - Qata Kamski (2741, ABŞ) Veselin Topalov (2771, Bolqarıstan) - Peter Leko (2744, Macarıstan) Hikaru Nakamura (2767, ABŞ) - Aniş Qiri (2727, Hollandiya) Teymur Rəcəbov (2793, Azərbaycan) - Sergey Karyakin (2786, Rusiya) Ruslan Ponomaryov (2733, Ukrayna) - Fabiano Karuana (2772, İtaliya) Aleksandr Morozoviç (2758, Rusiya) - Şəhriyar Məmmədyarov (2766, Azərbaycan) Xal durumu: Karuana – 1, Morozoviç – 1, Qiri, Topalov, Leko, Kamski, Məmmədyarov, Ponomaryov, Karyakin, Nakamura – 0,5, Rəcəbov, Qasımcanov – 0.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8964
GEL 1 1 Gürcüstan larisi 0.6134
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1611
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.6801
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2805