• cümə, 19 Aprel, 03:55
  • Baku Bakı 18°C

Tanınmış erməni siyasətçi: KQB xalqlarımızı üz-üzə qoydu

16.09.13 09:35 1315
Tanınmış erməni siyasətçi: KQB xalqlarımızı üz-üzə qoydu
“Seçkilərdə məni güllələməklə demokratiyanı susdurmaq üçün növbəti cəhd etdilər. Mən 20 ildir repressiyaya məruz qalıram. Sovet həbsxanalarında 18 il yatmışam. Gördülər ki, reytinqim yüksəlir, Azərbaycanla sülh təklif edirəm, belə qərara gəldilər ki, məni dayandırsınlar. Yaxın məsafədən mənə atəş açıldı, lakin mənə yaşamaq nəsib oldu”.
Bu sözləri APA-nın Gürcüstan müxbirinə açıqlamasında Ermənistan prezidentliyinə keçmiş namizəd, “Milli Özünütəyinetmə Birliyi” Partiyasının lideri Paruyr Ayrikyan deyib.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan P. Ayrikyan hesab edir ki, hər iki dövlət demokratik islahatlar aparmalı və daha sonra iki xalq arasında qarşılıqlı əlaqələr yaradılmalıdır: “Əgər bu mümkün olmasa onda taleyimizi qarşılıqlı razılıq sayəsində beynəlxalq təşkilatlardan birinə tapşırmalıyıq və bu təşkilat problemin həlli yolunu necə görürsə, onu qəbul etməliyik”.
P. Ayrikyan Ermənistan-Gürcüstan sərhədlərinin tezliklə dəqiq demarkasiya olunmasının vacibliyini vurğulayıb: “Hər bir vətəndaş bilməlidir ki, sərhəd xətti harada bitir. Əslində mən istərdim ki, ölkələrimiz arasında sərhədçilər dayanmasın. Bu, təkcə mənim deyil, həm də gürcü dostlarımın arzusudur. 1989-cu ildə Parisdə keçirilən konfransda mən və mənimlə birlikdə azərbaycanlı, gürcü nümayəndələri belə qərara gəlmişdik ki, Cənubi Qafqazda kiçik Avropa Birliyi yaradaq. Lakin “KQB” ayıq idi, onlar bizə mane oldular və ərazi problemləri yaratdılar. Bu, Rusiyanın deyil, imperiyanın siyasətidir. Mən Sumqayıt hadisələrini Moskvanın törətdiyini demişdim və bildirmişdim ki, Moskva erməni və Azərbaycan xalqlarını üz-üzə qoymaq üçün bu hadisələri törədir. Bu sözlərimə görə Qorbaçov məni həbs etdirdi”.
P. Ayrikyan Ermənistanın müstəqil ölkə olmadığını, Rusiyadan asılı olduğunu söyləyib. Onun fikrincə, Vladimir Putin sovet imperiyasını bərpa etmək istəyir.
banner

Oxşar Xəbərlər