• çərşənbə axşamı, 16 aprel, 20:26
  • Baku Bakı 18°C

Tanınmış britaniyalı bloger yol qəzasında həlak olub

14.07.19 21:26 14753
Tanınmış britaniyalı bloger yol qəzasında həlak olub
Tanınmış britaniyalı bloger Emili Hartric 35 yaşında yol qəzası nəticəsində həlak olub.
SİA"gazeta.ru” saytına istinadən bildirir ki, E.Hartric Londonda öz evi yaxınlığında elektrik skuterdə yük maşını ilə toqquşub.
"YouTube" və "Instagram" ulduzu hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Emili Hartric "YouTube"dakı bloqu (340 min izləyici) və "Instagram" hesabı (50 min izləyici) sayəsində tanınıb. E.Hartricin bloqunun əsas mövzuları "lifestyle" (həyat tərzi) və sağlam həyat tərzi olub. "YouTube" və "Instagram" ulduzu tez-tez məşqlərdən, səyahətlərdən foto və videolar paylaşırdı.
banner

Oxşar Xəbərlər