AZE | RUS | ENG |

Tanınmış britaniyalı bloger yol qəzasında həlak olub

Tanınmış britaniyalı bloger yol qəzasında həlak olub
Tanınmış britaniyalı bloger Emili Hartric 35 yaşında yol qəzası nəticəsində həlak olub.
SİA "gazeta.ru” saytına istinadən bildirir ki, E.Hartric Londonda öz evi yaxınlığında elektrik skuterdə yük maşını ilə toqquşub.
"YouTube" və "Instagram" ulduzu hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Emili Hartric "YouTube"dakı bloqu (340 min izləyici) və "Instagram" hesabı (50 min izləyici) sayəsində tanınıb. E.Hartricin bloqunun əsas mövzuları "lifestyle" (həyat tərzi) və sağlam həyat tərzi olub. "YouTube" və "Instagram" ulduzu tez-tez məşqlərdən, səyahətlərdən foto və videolar paylaşırdı.


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056