• şənbə, 20 Aprel, 03:29
  • Baku Bakı 15°C

Tanınmış bəstəkar: “Elza Seyidcahan haqqımı yeyib“

31.01.14 14:23 1345
Tanınmış bəstəkar: “Elza Seyidcahan haqqımı yeyib“
“Siluet Pro” prodüser mərkəzinin direktoru, tanınmış rejissor və bəstəkar İlqar Əkbərov gözlənilməz açıqlama verib. Bəstəkar aznews.az-ın əməkdaşı ilə söhbətində Elza Seyidcahanın onun haqqını yediyini bildirib: “Bir neçə verilişdir ki, Elza mənim aranjman etdiyim "Ölürəm" adlı mahnını oxuyur. Axırda da deyir ki, aranjman Yaşar Baxışındı.
Dünən də Kamran Həsənlinin “Sizin saat” verilişində yenə də həmin mahnını oxudu. Və yenə də aranjmanın Yaşar Baxışa məxsus olduğunu bildirdi. Adamı yandıran odur ki, bu aranjmanın pulunu mənə 9 aya hissə-hissə verən adam nə tez yaddan çıxardıb bunu? Yəqin qocalıb yaddaşı zəifləyib. Ümumiyyətlə, o tez-tez belə “yaddaşsızlığa” yol verir”.
banner

Oxşar Xəbərlər