• cümə, 29 Mart, 16:10
  • Baku Bakı 14°C

Tanınmış bankda yeni rəhbər təyinatı

19.03.14 08:34 1384
Tanınmış bankda yeni rəhbər təyinatı
Bankdan «APA-Economics»ə bildirilib ki, toplantıda bankın fəaliyyətinə dair bir sıra məsələlər müzakirə edilib. Müşahidə Şurasının bir neçə üzvünün səlahiyyətlərinin icra müddətinin bitməsi və bankın böyüməsi ilə əlaqədar olaraq tərkibin genişlənməsi və Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddətlərinə yenidən baxılması məsələsi nəzərdən keçirilib. Qeyd edək ki, Müşahidə Şurasının üzvləri və sədri ən çox 3 il müddətinə seçilə bilər və müddət bitdikdə onların səlahiyyət müddətinin uzadılması məsələsinə baxılmalıdır.
Səhmdarların ümumi yığıncağının yekdil qərarı ilə Elmir Həbibullayev «Bank of Baku» ASC-nin Müşahidə Şurasının üzvü və Müşahidə Şurasının sədri vəzifəsinə seçilib. Eyni zamanda, Müşahidə Şurasının üzvləri kimi bankın səhmdarı Elçin İsayevin və bankın səhmdarının səlahiyyətli nümayəndəsi İbrahim Məmmədovun səlahiyyətlərinin müddəti 3 il uzadılıb. E.İsayev Müşahidə Şurası sədrinin baş müşaviri vəzifəsinə təyin olunub. «Bank of Baku» ASC-nin İdarə Heyəti sədrinin müavini Eldar Həmidov Müşahidə Şurasının yeni üzvü seçilib.
Bundan əlavə Müşahidə Şurası ilə bankın İdarə Heyətinin birgə toplantısı keçirilib. Görüşdə bankın həyata keçirdiyi siyasət və qazandığı nailiyyətlər yüksək dəyərləndirilib, 2014-cü ildə həyata keçiriləcək planlar müzakirə edilib.
Qeyd edək ki, 1994-cü ildə təsis edilən «Bank of Baku» ASC bu il 20 illik yubileyini qeyd edir. Bu uzun müddət ərzində Bank bir çox nailiyyətlər əldə etmiş, pərakəndə bankçılıq sahəsində qabaqcıl mövqelərə nail olub. Pərakəndə bazara bir çox yenilikləri gətirən «Bank of Baku» hazırda möhkəm bazar mövqeyinə, güclü maliyyə və risk göstəricilərinə, «Moody’s» beynəlxalq reytinq agentliyi tərəfindən verilmiş «B1+» reytinqinə malikdir.
banner

Oxşar Xəbərlər