• cümə, 29 Mart, 00:44
  • Baku Bakı 7°C

Tanınmış azərbaycanlı rəssamın əsərləri oğurlanıb

25.09.13 14:43 1297
Tanınmış azərbaycanlı rəssamın əsərləri oğurlanıb
Azərbaycan rəssamı Əşrəf Muradoğlunun Bakı İncəsənət Mərkəzinin fonduna məxsus tanınmış 2 tablosu - “Tehran konfransı” (kətan, yağlı boya, 107x140 sm) və “Lenin Smolnıda” (kətan, yağlı boya, 130x117 sm) əsərləri oğurlanıb.
Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyindən APA-ya verilən xəbərə görə, oğurluq faktı Bakı İncəsənət Mərkəzinin fondlarında aparılan sonuncu daxili yoxlama zamanı aşkar olunub. Bildirilib ki, Ə. Muradoğlunun qeyd olunmuş əsərləri Bakı İncəsənət Mərkəzi tərəfindən 1988-ci ildə alınıb: “Bu illər ərzində tablolar, təşkilat adından dəfələrlə Bakıda və xaricdə keçirilən sərgilərdə nümayiş olunub, reproduksiyaları kataloq və jurnallarda çap edilib. Sonuncu dəfə Bakı İncəsənət Mərkəzinin fondlarının inventarizasiyası 2008-ci ildə aparılıb. O zaman Əşrəf Muradoğlunun qeyd olunmuş əsərləri fondumuzda idi”.
Mərkəzdən bildirilib ki, əsərlərin oğurlanması haqda yerli hüquq-mühafizə orqanlarına və İnterpola xəbər verilib. Eyni zamanda, Azərbaycanın və bir sıra xarici ölkələrin mədəniyyət qurumlarına da bu informasiya ötürülməkdədir.
Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyi qeyd edilən faktı nəzərə almağı və oğurlanmış əsərlərin hazırda harada, kimdə olduğu təqdirdə xəbər verilməsini xahiş edir. Hər bir əsər üçün 500 manat həcmində mükafat təyin edilib.
banner

Oxşar Xəbərlər