• cümə axşamı, 25 aprel, 10:06
  • Baku Bakı 14°C

Tanınmış Azərbaycanlı meyxanaçı bıçaqlandı

30.05.13 14:43 3907
Tanınmış Azərbaycanlı meyxanaçı bıçaqlandı
Söyüşlü qafiyə üstündə bıçaqlanan Ələkbər Yasamallı özünü xəstəxanaya çatdıra bilib. Anspress xəbər verir ki, hadisə toyda baş verib.
Meyxanaçı mayın 22-də Bakının Kürdəxanı qəsəbəsində digər meyxanaçı Emin Kürdəxanılının qardaşı Elçinin toyunda qonaq kimi iştirak edib. Ələkbər Yasamallı açılış meyxanası dedikdən sonra ondan yenə meyxana deməsi istənilib. Ancaq meyxanaçı bildirib ki, bu toyda qonaq kimi iştirak edir və başqa bir toya gedəcək.
Ondan əl çəkməyiblər. Həmin adamların bir neçəsi o qədər də məşhur olmayan meyxana deyənlər olublar. Bundan sonra Ələkbər Yasamallıya qarşı söyüşlü qafiyə açılıb və meyxanaçı onlara cavab verməyə məcbur olub. Demək olar ki, Ələkbər Yasamallı onları susdurub. Bu isə onların xoşuna gəlməyib. Həmin şəxslərdən biri üstündə gəzdirdiyi o qədər də böyük olmayan xəncəri çıxarıb Ələkbər Yasamallının qarnına soxub.
Meyxanaçı növbəti zərbələrdən özünü qorumaq üçün müqavimət göstərib və qaçıb dostunun maşınına minərək özünü xəstəxanaya çatdırıb.
banner

Oxşar Xəbərlər