• cümə, 29 Mart, 03:08
  • Baku Bakı 7°C

Tanınmış azərbaycanlı kinorejissor vəfat etdi

01.08.13 08:42 2222
Tanınmış azərbaycanlı kinorejissor vəfat etdi
Ələkbər Muradovun oğlu Murad Muradovun APA-ya verdiyi məlumata görə, rejissor üç ildən bəri qan xərçəngindən əziyyət çəkirmiş: “Bu gün gecə dünyasını dəyişdi. Avqustun 1-i atamın ad günü idi, bu gün 65 yaşı tamam olurdu. Uzun müddət idi xərçəngdən əziyyət çəkirdi”.
Qeyd edək ki, Ələkbər Yunus oğlu Muradov 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft Kimya İnstitutunda, daha sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. 40-dan çox filmdə rejissor, operator olub.
Mərhumla vida mərasimi bu gün Əmircan qəsəbəsində keçiriləcək.
Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər