• cümə, 29 Mart, 14:10
  • Baku Bakı 14°C

Tanınmış aktyor aramızdan getdi...

19.07.14 08:35 1217
Tanınmış aktyor aramızdan getdi...
Bu barədə APA-ya Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov məlumat verib.
Aktyor gecə saat 03.00-da rəhmətə gedib və bu gün Sabirabad rayonunda dəfn ediləcək.
E. Kərimov qeyd edib ki, əməkdar artist ürək çatışmazlığından dünyasını dəyişib. Uzun müddətdir, insult və ürək çatışmazlığından əziyyət çəkirdi. Dünən vəziyyəti pisləşən A. Mirzəyev gecə dünyasını dəyişib.
Qeyd edək ki, Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.
1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan aktyorluq sənətinin sirlərini öyrənib.
1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.
banner

Oxşar Xəbərlər