• cümə, 19 Aprel, 23:07
  • Baku Bakı 24°C

Taner Yıldız: Bakı-Tbilisi-Ərzurum qaz kəmərindəki partlayış terror aktıdır

04.08.15 16:04 1325
Taner Yıldız: Bakı-Tbilisi-Ərzurum qaz kəmərindəki partlayış terror aktıdır
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib. Trend-in “Anadolu” agentliyinə istindən verdiyi məlumata əsasən, partlayışın səbəbi məlum deyil.
Hazırda boru kəmərində qazın nəqli dayandırılıb.
Agentliyin məlumatına əsasən, hazırda partlayışdan sonra yaranan yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.
X X X
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə ərazisinə düşən hissəsində partlayışın baş vermə səbəbi kimi terror aktı istisna edilmir. Bu barədə Trend-ə Qars valisinin ofisindən məlumat verilib.
Bildirilib ki, partlayışdan sonra boru kəmərində qazın nəqli dayandırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda qaz kəmərinin partladılmış hissəsi bərpa edilir.
X X X
Türkiyədə Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış qaz sızması nəticəsində baş verib və terror aktı deyil. Bunu Trend-ə boru kəmərinin keçdiyi Türkiyənin Qars vilayətinin valisinin ofisindən telefonla deyiblər.
Qeyd edilib ki, partlayışa səbəb boru kəmərindəki qaz sızması olub.
X X X
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətindən keçən hissəsində baş vermiş partlayış terror aktıdır.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bəyan edib.
banner

Oxşar Xəbərlər