• çərşənbə axşamı, 16 aprel, 13:53
  • Baku Bakı 19°C

TANAP yalnız Avrasiya deyil, bütün dünyada həyata keçirilən ən nəhəng layihədir

14.06.18 13:30 745
TANAP yalnız Avrasiya deyil, bütün dünyada həyata keçirilən ən nəhəng layihədir
"XXI əsrin layihəsi” olaraq səciyyələndirilən Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) yalnız Avrasiyada yox, dünyada həyata keçirilən ən nəhəng iqtisadi layihələrdən biridir.
TANAP barədə fikir və mülahizələriniAZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan bu layihənin bir sıra üstünlükləri var. Enerji təhlükəsizliyi və inkişaf elementlərini özündə birləşdirən TANAP-ın tikintisi qrafiq üzrə, vaxtında və keyfiyyətlə həyata keçirilib.
SOCAR prezidenti deyib: "Əminik ki, TAP layihəsi də nəzərdə tutulan vaxtda istifadəyə veriləcək. Bu xəttin tikintisi qrafiq üzrə həyata keçirilir. 2020-ci ildə TANAP vasitəsilə Azərbaycan qazını bu xəttə ötürməyi planlaşdırırıq”.
banner

Oxşar Xəbərlər