AZE | RUS | ENG |

TANAP rəsmisi: "Gələcəkdə İraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər"

TANAP rəsmisi:
"Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisi artıq tamamlanmaq üzrədir".
 
"APA-Economics”in Türkiyənin Əskişəhər şəhərinə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
 
Onun sözlərinə görə, artıq layihənin inşaat işlərinin 93%-i yerinə yetirilib: "Artıq boru kəmərinin 1340 kilometri inşa edilib”.
 
O bildirib ki, bu ilin iyul ayında Azərbaycandan ilk qazı Türkiyə qəbul edəcək: "Azərbaycan qazının Türkiyəyə nəql edəcək BOTAŞ şirkəti illik 6 milyard kubmetr qazı Türkiyəyə çatdıracaq. Məqsədimiz yeni bir qaz dəyər zəncirini yaratmaqdır. TANAP bu zəncirin dördüncü bir hissədir. TANAP bu dəyər zəncirinin ən böyük hissəsidir”.
 
O qeyd edib ki, gələcəkdə İraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər: "Hazırda boru xətti ilə 16 milyard kubmetr qaz daşınması mümkündür. Sonradan, 2023-ci ildə 24 milyard kubmetr, 2026-cı ildə 31 milyard kubmetr təbii qaz nəqli mümkün olacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9322
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1445
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7104
KWD 1 1 Küveyt dinarı 5.5882
TRY 1 1 Türkiyə lirəsi 0.3173