• cümə axşamı, 28 mart, 15:02
  • Baku Bakı 16°C

TANAP rəsmisi: "Gələcəkdə İraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər"

17.04.18 14:08 702
TANAP rəsmisi: "Gələcəkdə İraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər"
"Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisi artıq tamamlanmaq üzrədir".

"APA-Economics”in Türkiyənin Əskişəhər şəhərinə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, artıq layihənin inşaat işlərinin 93%-i yerinə yetirilib: "Artıq boru kəmərinin 1340 kilometri inşa edilib”.

O bildirib ki, bu ilin iyul ayında Azərbaycandan ilk qazı Türkiyə qəbul edəcək: "Azərbaycan qazının Türkiyəyə nəql edəcək BOTAŞ şirkəti illik 6 milyard kubmetr qazı Türkiyəyə çatdıracaq. Məqsədimiz yeni bir qaz dəyər zəncirini yaratmaqdır.TANAPbuzəncirindördüncü birhissədir.TANAPbu dəyər zəncirinin ən böyük hissəsidir”.

O qeyd edib ki, gələcəkdəİraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər: "Hazırda boru xətti ilə 16 milyard kubmetr qaz daşınması mümkündür. Sonradan, 2023-ci ildə 24 milyard kubmetr, 2026-cı ildə 31 milyard kubmetr təbii qaz nəqli mümkün olacaq.
banner

Oxşar Xəbərlər