• cümə axşamı, 25 aprel, 16:38
  • Baku Bakı 23°C

"TANAP layihəsinə də İpək Yolunun tərkib hissəsi kimi baxmaq olar"

13.03.18 14:00 649
"TANAP layihəsinə də İpək Yolunun tərkib hissəsi kimi baxmaq olar"
"Bu yaxınlarda işə salınan dəmir yolu Çindən Qərbə yüklərin daşınmasını 30-35 günə qədər tezləşdirəcək. Bu, olduqca ciddi layihədir. Bundan başqa,TANAPvə digər bu kimi layihələrə də İpək Yolunun tərkib hissəsi kimi baxmaq olar".
APA-nın məlumatına görə, bunu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi Asəf Hacıyev Bakıda keçirilənATƏTParlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" adlı beynəlxalq konfransında bildirib.
"Təmsil etdiyim qurum əsasən İpək Yolunun kəsişməsini əhatə edir və bu baxımdan təşkilatımızın 21 illiyinin bu il qeyd olunması münasibətiləATƏTPA ilə birlikdə İstanbulda beynəlxalq bir tədbirin keçirilməsini təklif edirik. Ümumiyyətlə, biz birgə ümumi işə çox töhfələr verə bilərik" - deyə A. Hacıyev söyləyib.
banner

Oxşar Xəbərlər