• çərşənbə axşamı, 19 mart, 14:08
  • Baku Bakı 8°C

TANAP layihəsi təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük nailiyyətdir

16.07.18 16:16 592
TANAP layihəsi təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük nailiyyətdir
TANAP layihəsi təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük nailiyyətdir.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin sabiq prezidenti, "Enerji Siyasəti” kitabının müəllifi, professor Brenda Şaffer deyib.
"Mən 1997-ci ildə ilk dəfə Azərbaycana gələndə bura müstəqilliyini yeni əldə etmiş, tənəzzül dövrü yaşayan bir ölkə idi. 27 il burada yaşayandan sonra və hazırda Azərbaycanı təkcə regiondakı ölkələrə deyil, həmçinin Avropaya neft və qaz ixrac edən, enerji sahəsində güclü ölkə kimi görmək inanılmazdır. Təkcə neft qaz sahəsində deyil, bu illər ərzində Azərbaycan doğurdan çox böyük inkişaf yolu keçib. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” nəticəsində son illər Azərbaycanda sosial infrastruktura yatırılan investisiyalar, ölkə rəhbərliyinin ölkənin insan kapitalının inkişafına ayırdığı diqqətin nəticələri göz qabağındadır”, - deyə o bildirib.
B.Şaffer qeyd edib ki, son illər ərzində Azərbaycanda görülmüş işlər və onların uğurlu nəticələri danılmazıdır. Mənim fikrimcə, 2020-ci ilədək biz bütün perspektivləri tədqiq etməliyik.
banner

Oxşar Xəbərlər