• çərşənbə axşamı, 23 aprel, 10:13
  • Baku Bakı 20°C

TANAP-la Türkiyəyə qaz tədarükü 7 milyard kubmetrə çatıb

13.11.20 15:59 416
TANAP-la Türkiyəyə qaz tədarükü 7 milyard kubmetrə çatıb
Trans-Anadolu qaz kəməri (TANAP) ilə qaz tədarükünün başladığı 2018-ci il iyunun 30-dan 2020-ci ilin sentyabrınadək tədarük həcmi təxminən 7 milyard kubmetr təşkil edib.
Trend-in məlumatına görə, bunu Türkiyənin Energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.
O bildirib ki, "Cənub Qaz Dəhlizi”nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi başa çatıb.
Nazir əlavə edib ki, TAP-ın istismara verilməsi ilə ildə 10 milyard kubmetr Azərbaycan qazı Avropaya nəql olunacaq.
banner

Oxşar Xəbərlər