• cümə axşamı, 25 aprel, 08:56
  • Baku Bakı 14°C

TANAP-ın tikintisinə başlanacağı tarix müəyyən edilib

04.06.14 13:41 1223
TANAP-ın tikintisinə başlanacağı tarix müəyyən edilib
2014-cü ilin sonuna qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi çərçivəsində bütün tender prosedurlarının tamamlanması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə dünən jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.
O deyib: "Hazırda tenderlər keçirilir. Çox güman ki, noyabrda bütün tender prosedurları başa çatacaq və tikinti işlərinə başlanacaq". TANAP layihəsi "Şahdəniz" yatağından Türkiyə vasitəsilə Avropaya qaz nəqlini nəzərdə tutur.
banner

Oxşar Xəbərlər