• cümə, 29 Mart, 13:08
  • Baku Bakı 14°C

TANAP ilə Azərbaycan təbii qazının 2018-ci ilin iyununda Türkiyəyə çatdırılması tamamilə realdır

19.09.17 16:16 978
TANAP ilə Azərbaycan təbii qazının 2018-ci ilin iyununda Türkiyəyə çatdırılması tamamilə realdır
Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə Azərbaycan təbii qazının nəzərdə tutulduğu kimi, 2018-ci ilin iyun ayında Türkiyəyə çatdırılması tamamilə realdır.
AZƏRTACxəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. O bildirib ki, TANAP layihəsi çərçivəsində işlərin 80 faizdən çoxu icra edilib. 2020-ci ildə boru kəmərinin buraxılış gücü illik 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlkin mərhələdə 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya veriləcək.
banner

Oxşar Xəbərlər