• cümə axşamı, 25 aprel, 13:42
  • Baku Bakı 23°C

“TANAP Cənubi Qafqaza sülh gətirəcək” - Davudoğlu

31.10.14 10:36 1168
“TANAP Cənubi Qafqaza sülh gətirəcək” - Davudoğlu
“Yeni Türkiyənin qurulması yolunda ən mühüm nailiyyət də Azərbaycanla birlikdə TANAP layihəsinin gerçəkləşdirilməsidir”.
“APA-Economics” Türkiyənin “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu qonşu ölkənin baş naziri Əhməd Davudoğlu bildirib.
O, qeyd edib ki, bu layihə həm Türkiyənin enerji tələbatı baxımından, həm də Balkan ölkələri və Avropaya enerji nəql edən geostrateji bir ölkəyə çevrilmək baxımından əhəmiyyətlidir: “TANAP-la Azərbaycandan gələn qaz xətləri Gürcüstan vasitəsi ilə Türkiyəyə gələcək. Ümumilikdə 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyədə qalacaq, qalan hissəsi isə Avropaya və Balkanlara nəql ediləcək”.
“Ümumi qaz miqdarı sonra mərhələli şəkildə artırılacaq və 2026-cı ildə 31 milyard kubmetrə çatacaq Maliyyə dəyəri 7 milyard dollar olan bu layihənin ilk mərhələsi 2018-ci ildə, bütünlüklə inşası isə 6 il içində tamamlanacaq. Başqa bir sevindirici nöqtə də odur ki, bu layihədə istifadə olunacaq avadanlıqların 80%-i Türkiyə firmalarının istehsalı olacaq. Biz XXI əsrin enerji əsri olacağına inanırıq. Bu sülh layihəsi böhranlarla yada düşən Qafqaza regional bir sülh perspektivi gətirəcək və bu perspektivi Anadoludan Balkanlara sülh körpüsü ilə bağlayacaq”, - deyə o bildirir.
banner

Oxşar Xəbərlər