• çərşənbə axşamı, 16 aprel, 16:51
  • Baku Bakı 19°C

Tamerlan Vahabov: "Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir"

15.01.19 15:23 1866
Tamerlan Vahabov: "Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir"
"Ölkəmizin XİN başçılarının növbəti görüşündən gözləntisi Ermənistanın hazırda müzakirə predmeti olan şərtlərə konstruktiv şəkildə razı olması, dialoqun davam etdirilməsidir. Bu legitim olaraq Azərbaycanın tələblərinin yerinə yetirilməsində vacibdir”. Bu fikirləriSİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
O bildirib ki, yalnız bu təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail oluna bilər: "Təəssüf ki, indiyədək bu irəliləyişə nail olmaq mümkün olmayıb. Lakin son zamanlar XİN başçılarının, eyni zamanda prosesdə iştirak edən digər elçilərin fikirləri münaqişənin həlli istiqamətində müəyyən irəliləyişə dair anlaşmaların olduğunu deməyə imkan verir. Bu ehtimalların görüşdən sonra özünü doğruldacağına ümid edirik”.
Azərbaycan Prezidentinin əsaslı şəkildə 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili olacağı ilə bağlı fikirlərini xatırladan beynəlxalq ekspert söyləyib ki, 2018-ci ildə problemlə bağlı verilən bəyanatlarda da bu anlamın hüceyrələri özünü göstərməyə başlayıb.
Ekspertin sözlərinə görə, Azərbaycanın həm hərbi, həm iqtisadi potensialı, həm sosial-siyasi sabitliyi ümumi məhsula çevrilərək Ermənistanı Azərbaycanın legitim şərtlərinə razı olmağa məcbur etməyə yaxınlaşdırır: "Həm Azərbaycan dövləti, həm də sivil ölkə vətəndaşları tərəfindən dünya üzrə çox güclü müharibə kampaniyası da bu məsələdə öz nəticələrini verməkdədir. Digər tərəfdən ölkəmiz hər zaman olduğu kimi həm regional, həm beynəlxalq, həm də ikitərəfli müstəvidə öz tərəfdaşları ilə çox möhkəm əlaqələr qurur ki, bu əlaqələrin də əsasını siyasi, iqtisadi, mədəni, humanitar və digərləri təşkil edir. Ona görə də bütün həlqələr Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini daha aydın şəkildə ortaya qoymağa imkan verir”.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 16-da Fransa paytaxtı Parisdə keçiriləcək.
Danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
banner

Oxşar Xəbərlər