• cümə axşamı, 18 aprel, 07:30
  • Baku Bakı 12°C

Tamam Cəfərova: Birinci vitse-prezident bu günlər ərzində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdarlığını bildirdi

21.07.20 21:32 795
Tamam Cəfərova: Birinci vitse-prezident bu günlər ərzində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdarlığını bildirdi
Cəbhə xəttində baş verən hadisələr, Azərbaycanın şanlı Ordusunun düşmənə layiqli cavabı yaşından, cinsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, Azərbayca Xalqını Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdirdi. Bakıda və bir çox rayonlarımızda Azərbaycan Ordusuna dəstək məqsədilə təşkil olunmuş yürüşlər, minlərlə gəncin Orduya könüllü yazılması, Dövlətimizin başçısınının ünvanına minlərlə vətəndaşdan dəstək məktubunun daxil olması, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyaların iqtidar partiyası ilə həmrəylik nümayiş etdirməsi, xaricdəki soydaşlarımızın Azərbaycana dəstək aksiyaları Xalqımızın vətənpərvərliyinin, xalq-iqtidar birliyinin ən bariz təzahürüdür və bu çox qürurvericidir.
Bu sözləri Trend-ə millət vəkili Tamam Cəfərova Azərbaycanın Birinci vitse prezidenti Mehriban Əliyevanın Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatlarla bağlı xalqa müraciətinə münasibət bildirərkən deyib.
Tamam Cəfərova qeyd edib ki, bu qürur hissini Mehriban xanım Əliyeva öz müraciətində çox gözəl ifadə edib: "Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur. Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi”.
Hər kəsi saran birliyin, ruh yüksəkliyini nümayiş etdirməyin, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmağın müqəddəs mübarizəmizdə güclü və təsirli vasitə olduğunu qeyd edən Birinci vitse prezident Mehriban Əliyeva bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdar olduğunu bildirib.
Mehriban Əliyevanın müraciətdə toxunduğu ən vacib məqamlardan biri informasiya müharibəsinın əhəmmiyyəti ilə bağlıdır: "Artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında.
Vətəndaşların Sosial şəbəkələrdə nümayiş etdirdiyi dəstək, səbr, həmrəylik, təmkinə görə təşəkkür edən Birinci vitse prezident bildirib ki, bu məsələdə biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq. Xalqa müraciət edən birinci xanım yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən müharibə şəraitində yaşadığımı, qarşı tərəfin informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə biləcəyini unutmamğı tövsiyyə edib.
Birinci vitse prezident Mehriban Əliyevanın müraciəti vətəndaşlarımızın birliyinin, mütəşəkkilliyinin, məsuliyyətinin artması baxımından çox əhəmiyyətlidir.: ”Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur”.
banner

Oxşar Xəbərlər