• çərşənbə axşamı, 23 aprel, 23:00
  • Baku Bakı 20°C

“Taliban”ın yeni başçısı məlum oldu

25.05.16 10:39 884
“Taliban”ın yeni başçısı məlum oldu
ABŞ-ın Pakistanda keçirdiyi əməliyyatlar nəticəsində öldürülən "Taliban” lideri Molla Əhtar Mansuru əvəz edəcək şəxsin kimliyi müəyyənləşib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, terror təşkilatının yeni lideri Molla Heybatullah Axundzadədir. Bu barədə açıqlama yayan "Taliban” Molla Mansurun öldürüldüyünü də ilk dəfə təsdiqləyib. Qəndəharda anadan olan Molla Heybətullah Axundzadə indiyə qədər terror təşkilatı başçısının müavini olub.
Kabildə çoxsaylı terror aktlarının törədilməsində iştirak edən "Hakkani” şəbəkəsinin başçısı Siracuddin Hakkani və bir müddət əvvəl öldürülən "Taliban” rəhbəri Molla Ömərin oğlu Məhəmməd Yaqub onun müavinləri təyin edilib.
Qeyd edək ki, Molla Mansurun içərisində olduğu avtomobil Pakistanın Əfqanıstanla sərhədində vurulub. O, 2015-ci ildə terror təşkilatının başçısı seçilib. "Taliban”ın yaradıcısı Molla Ömər Məhəmməddir.
banner

Oxşar Xəbərlər