• cümə, 19 Aprel, 12:50
  • Baku Bakı 25°C

Talibanın terror dəhşəti: 104 şagird ölüb, 100-dən çox yaralı var- Yenilənib

16.12.14 12:55 940
Talibanın terror dəhşəti: 104 şagird ölüb, 100-dən çox yaralı var- Yenilənib
13:55
“Taliban” silahlılarının Pakistanda hərbi məktəbə hücumu nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.
APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölənlər arasında kursantlar, müəllimlər və təhlükəsizlik xidmətinin əməkdaşları var.
Taliblərin hücumu zamanı həmçinin 100-dən çox adamın yaralandığı bildirilir.
Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, hazırda məktəb binasının yanında polislərlə taliblər arasında atışma gedir.
12:32
Bakuinfo.Az xarici mediaya istinadən bildirir ki, son məlumata görə, Talibanın Pakistanda hərbi məktəbə hücumu nəticəsində 12 nəfər öldürülüb, 40 nəfər yaralanıb.
X X X
Taliban silahlıları Pakistanın şimal-qərbindəki hərbi məktəbə hücum edib.
Bakuinfo.Az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu gün Taliban silahlıları Pakistanın şimal-qərbindəki hərbi məktəbə hücum edərək yüzlərlə tələbəni və müəllim heyətini əsir alıb.
Reuters xəbər agentliyinin jualisti bildirir ki, məktəbin içindən silah səsləri eşidilir, yaralı uşaqları təcili xəstəxanaya çatdırmaq üçün əraziyə təcili yardım maşınları cəlb edilib.
Verilən məlumata görə, 500-ə yaxın tələbə və müəllim heyəti içəridə silahlılar tərəfindən əsir alınıb.
"Biz məktəbin kənarında dayanırdıq. Birdən atəş səsləri eşitməyə başladıq. Hər yerdə xaos var idi. Hər yerdən uşaqların və müəllimlərin qışqırtı səsləri gəlirdi” - deyə məktəbin avtobus sürücüsü Cəmşid Xan bəyan edib.
Talibandan isə hadisə ilə bağlı açıqlama da gəlib. "Sui-qəsdçi bombaçılarımız hərbi məktəbə daxil olublar. Məqsədimiz tələbələrə zərər vurmaq deyil. Hədəfimiz ordu personalıdır” – deyə Taliban sözçüsü Məhəmməd Umar Xorasani Reuters-ə verdiyi açıqlamasında bildirib.
X X X
Pakistanın Peşəvər şəhərindəki orta məktəbin 500-dək şagirdi naməlum silahlı şəxslər tərəfindən girov götürülüb.
Trend xəbər verir ki, bu barədə TASS "Reuters”ə istinadən məlumat yayıb.
11:38
Pakistanın Peşəvər şəhərindəki orta məktəbin 500-dək şagirdi naməlum silahlı şəxslər tərəfindən girov götürülüb. Trend xəbər verir ki, bu barədə TASS “Reuters”ə istinadən məlumat yayıb.
banner

Oxşar Xəbərlər