• şənbə, 20 Aprel, 04:23
  • Baku Bakı 15°C

"Taliban" qaçırdığı sərnişinləri azad etdi: polis və hərbçilər hələ də girov saxlanılır

21.08.18 14:15 553
"Taliban" qaçırdığı sərnişinləri azad etdi: polis və hərbçilər hələ də girov saxlanılır
"Taliban” radikal hərəkatı ötən gün ölkənin şimalında qaçırdığı sərnişinlərin əksəriyyətini azad edib.
Trend-in məlumatına görə, bu gün 160 sərnişin bir gün girov saxlandıqdan sonra buraxılıb.

Eyni zamanda "Taliban” həmin avtobuslarda 40 polis və hərbçini girov saxlamaqda davam edir.
Xatırladaq ki, ötən gün "Taliban” silahlıları Kunduz əyalətində 3 avtobusu qaçırmışdı. Bu addım ölkə prezidenti Məhəmməd Əşrəf Qaninin Qurban bayramı ilə əlaqədar atəşkəs elan etməsindən sonra atılıb.

banner

Oxşar Xəbərlər