• cümə, 29 Mart, 03:47
  • Baku Bakı 7°C

“Taliban” nümayəndə heyəti İrana səfər edib

26.01.21 12:45 353
“Taliban” nümayəndə heyəti İrana səfər edib
"Taliban” hərəkatının nümayəndə heyəti Tehrana səfər edib.
APA-nın Tehran bürosunun məlumatına görə, səfər İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi dəvəti ilə baş tutub.
Nümayəndə heyətinə hərəkatın liderinin müavini Molla Bəradər Axund rəhbərlik edir.
İranın XİN məlumatı təsdiqləyib.
Nümayəndə heyəti səfər çərçivəsində İranı rəsmiləri ilə regional məsələləri müzakirə edəcək.
Qeyd edək ki, "Taliban” ötən il Donald Tramp administrasiyası ilə sülh sazişi imzalayıb və daha sonra Əfqanıstan hökuməti ilə danışıqlara başlayıb. "Taliban” bu danışıqlar fonunda İslamabada, Daşkəndə, Moskvaya və Tehrana nümayəndə heyətlərini göndərib.

banner

Oxşar Xəbərlər