• cümə axşamı, 28 mart, 22:43
  • Baku Bakı 13°C

Taleh Ziyadov: Çin şirkətlərini Bakı Limanında fəaliyyətə dəvət edirik

02.02.19 15:15 519
Taleh Ziyadov: Çin şirkətlərini Bakı Limanında fəaliyyətə dəvət edirik
Çin şirkətlərini Bakı Limanında fəaliyyət göstərməyə dəvət edirik.
AZƏRTACxəbər verir ki, bu sözləri "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Limanı ilə Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun birgə təşkil etdiyi Çinin Bahar Şənliyi Festivalında deyib.
O bildirib ki, Bakı Limanı Çinin "Bir kəmər - bir yol” strategiyasında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycandan keçən Çin yüklərinin həcmi artmağa başlayıb.
T.Ziyadov Çin şirkətlərini Bakı Limanında ofis açaraq fəaliyyət göstərməyə dəvət edib.
banner

Oxşar Xəbərlər