• çərşənbə axşamı, 19 mart, 06:57
  • Baku Bakı 8°C

Taleh Xasməmmədov üç polis əməkdaşına xəsarət yetirdiyi üçün saxlanılıb

19.04.18 15:45 892
Taleh Xasməmmədov üç polis əməkdaşına xəsarət yetirdiyi üçün saxlanılıb
Hüquq müdafiəçisi Taleh Xasməmmədovsaxlanılıb.
Bu barədə APA-ya T. Xasməmmədovun yaxınları məlumat verib.
Onların sözlərinə görə, hüquq müdafiəçisi bu gün Göyçay rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Onun saxlanılmasının səbəbləri hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11 radələrində Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidmətdə olarkən yol-hərəkət qaydasını pozan BMW markalı avtomobili saxlayıblar: "Yol polisinin əməkdaşı istifadəsində olan bort-kompyuterə nəqliyyat vasitəsinin məlumatlarını daxil edərkən onun barəsində həbs qərarının olması müəyyən edilib və avtomobili qanuna müvafiq qaydada duracağa yerləşdiriblər.
Bundan sonra avtomobilin sahibi, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov DYPB-in rəsinin iş otağına gələrək dərhal avtomobilinin buraxılmasını tələb edib. Ona maşınının saxlanılmasının səbəbləri ətraflı izah edilib və bildirilib ki, cəriməni dəbbə pulu ilə birlikdə ödədikdən sonra nəqliyyat vasitəsini duracaqdan götürə bilər. Bununla razılaşmayan T. Xasməmmədov daha da aqressivləşərək xidməti otaqda öz xuliqanlıq hərəkətlərini davam etdirib, oradakı əşyaları dağıdaraq yararsız hala salıb. Onu sakitləşdirmək istəyən 3 polis əməkdaşına isə xəsarət yetirib ki, onlardan biri dərhal rayon xəstəxanasına yerləşdirilib. Buna baxmayaraq onun qanunsuz hərəkətlərinin qarşısı alınıb və saxlanılıb.
Hazırda faktla bağlı Göyçay RPŞ-də müvafiq araşdırmalar aparılır. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq".
banner

Oxşar Xəbərlər