• çərşənbə, 24 Aprel, 00:33
  • Baku Bakı 14°C

Taksilər sifariş gözləyərkən yalnız xüsusi duracaqlardan istifadə edə biləcək

11.12.17 12:48 1268
Taksilər sifariş gözləyərkən yalnız xüsusi duracaqlardan istifadə edə biləcək
Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşıması həyata keçirən avtomobillər yalnız xüsusi müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.
APA-nın məlumatına görə, bununla bağlı "Avtomobil nəqliyyatı haqqında” qanunun 20-ci (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) maddəsinə dəyişiklik edilir.
Layihəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.
LayihəMilli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər