• şənbə, 20 Aprel, 01:40
  • Baku Bakı 15°C

Tailandda parlamenti buraxdılar, hökuməti istefaya göndərdilər

09.12.13 08:45 1126
Tailandda parlamenti buraxdılar, hökuməti istefaya göndərdilər
Tailandın baş naziri Yiinqlak Çinavat ölkə parlamentini buraxıb, kabineti isə istefaya göndərib. ANS PRESS-in RİA-Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu informasiyanı Yiinqlak Çinavat televiziya ilə xalqa müraciətində deyib.
Onun sözlərinə görə, ölkədə yaranmış siyasi vəziyyəti nəzərə alaraq, Əlahəzrət Krala parlamentin buraxılması haqda müraciət etdim. Nazirlər kabineti də parlamentin buraxılmasını təsdiq etdi, ancaq ölkə konstitusiyasına görə, vaxtından əvvəl parlamentin buraxılması hökumətin istefaya göndərilməsilə nəticələnir.
Yeni seçkilərin keçirilməsi parlamentin buraxılmasından 60 gün sonra baş tutacaq.
banner

Oxşar Xəbərlər