• cümə, 29 Mart, 14:01
  • Baku Bakı 14°C

Tağı Əhmədov danışdı: “Bəs deyil?“

28.02.14 13:32 1224
Tağı Əhmədov danışdı: “Bəs deyil?“
Ötən gün Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan yeni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəhrərliyinin bu gün təqdimetmə mərasimi olub.
Maraqlıdır ki, yeni rəhbərliyin kollektivə təqdim olunması Bakı Metropoliten İdarəsində deyil, Hökumət Evində baş tutub. Dünənədək metropoliten idarəsinin rəhbəri olan Tağı Əhmədov da burada iştirak edib. Keçmiş rəis ANS-ə danışıb. O, dəyişikliyin normal olduğunu bildirib.
“Camaat 5 il bir yerdə işləyir, mən 15 ildir işləyirəm, bu bəs deyil?”, - deyə Tağı Əhmədov bildirib.
Tağı Əhəmədov gedəndən sonra yeni rəhbər Zaur Hüseynov kollektivə təqdim olunub. Yeni rəis Bakı Metropoliten İdarəsinə gəlib.
banner

Oxşar Xəbərlər