AZE | RUS | ENG |

Tahir Rzayev: Ermənistanın başqa çıxış yolu yoxdur

Tahir Rzayev: Ermənistanın başqa çıxış yolu yoxdur
Ermənistanın yeni rəhbərliyinin Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev Prezident İlham Əliyevin Ağdam rayonuna səfərini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, dövlət başçısı çıxışlarında dəfələrlə Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə çağırıb:

"Ermənistan hakimiyyəti işğalçılıq siyasətindən əl çəkməli, beynəlxalq təşkilatların qərarlarını icra etməli, qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Ermənistan hakimiyyəti anlamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Azərbaycan torpaqlarının bir qarışı da işğal altında qala bilməz. Prezident İlham Əliyevin məqsədi bu problemi sülh yolu ilə həll etməkdir. Ona görə də dövlətimizin başçısı Ermənistanın indiki hakimiyyətini köhnə hakimiyyətin səhvlərini təkrarlamamağa çağırdı. Prezident İlham Əliyev Ağdamda ictimaiyyət nümayəndələri ilə görüşündə aprel döyüşlərini də xatırladı və bildirdi ki, bu döyüşlərdə Ermənistanın acı məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı".

T.Rzayevin sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti köhnə rejimin səhvlərini təkrarlayarkən anlamalıdır ki, Azərbaycan Ordusu hər an torpaqlarını işğaldan azad etməyə qadirdir: "Çox təəssüf ki, Ermənistanın bugünkü rəhbərliyi əvvəlki hakimiyyətin yolunu tutur, quldur dəstəsinin yolu ilə gedir, işğalçılıq siyasətindən əl çəkmək istəmir".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sonuncu bəyanatından sonra rəsmi Yerevan ciddi düşünməlidir: "Əgər düşünməsələr, güclü Azərbaycan Ordusu öz sözünü deyəcək”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163