• cümə axşamı, 28 mart, 20:51
  • Baku Bakı 13°C

Tahir Rzayev: "Azərbaycan sabitlik adasına çevrilib"

15.01.19 14:23 734
Tahir Rzayev: "Azərbaycan sabitlik adasına çevrilib"
"Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında söylədiyi kimi 2018-ci ildə ölkəmiz istər beynəlxalq aləmdə, istərsə də digər sahələrdə mühüm uğurlar əldə edib. Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı mühüm addımlar atılıb, islahatlar həyata keçirilib”. BunuSİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Ötən il ölkəmizin qeyri-neft sektorunda nəzərə çarpacaq inkişafın qeydə alındığını deyən deputat söyləyib ki, 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb, heyvandarlıq inkişaf edib.
Onun sözlərinə görə, hər il olduğu kimi 2018-ci ildə də Azərbaycanda təhlükəsizliklə bağlı məsələlərə xüsusi önəm verilib: " Bura ərzaq təhlükəsizliyi, eləcə də digər məsələlər daxildir. Görülən işlər nəticəsində Azərbaycan sabitlik adasına çevrilib. Məhz bunu amil ölkəmizə gələn turistlərin, eləcə də beynəlxalq tədbirlərin sayının artmasına səbəb olub”.
T.Rzayev deyib ki, ötən il regionlarımızın inkişafı baxımında da əhəmiyyətli olub: "Regionlarımızın infrastrukturunun yaxşılaşdırılması, yeni iş yerlərinin açılması orada yaşayan əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edib ”.
banner

Oxşar Xəbərlər