• şənbə, 20 Aprel, 03:48
  • Baku Bakı 15°C

Tahir Mirkişili: “Regionda çox təhlükəli situasiya yaranıb”

04.10.18 14:00 634
Tahir Mirkişili: “Regionda çox təhlükəli situasiya yaranıb”
Bişkekdə payız sessiyasına başlayan ATƏT Parlament Assambleyasının əsas müzakirə mövzusu "Etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhlükələrlə mübarizə” olub. Müzakirələrdə çıxış edən ATƏT rəhbərliyi və Qırğıstanın xarici işlər naziri regionada olan təhlükələrdən və onların aradan qaldırılması yollarından danışıb.
Sessiya çıxış edən millət vəkili Tahir Mirkişili regionda təhlükəsizliyin pozulmasında əsas təhlükə mənbəyi olaraq işğalçılıq, etnik təmizləmə və ərazi bütövlüyünün pozulmasını göstərib. Qeyd edib ki, Ermənistanın 25 ildən çox davam edən işğalçılıq siyasətinin qarşısının alınması bütün region üçün mühüm əhəmiyyət kəsb edir: "Bu gün Azərbaycan ərazisinin 1/5-i işğal altındadır, əhalisinin isə hər 9 nəfərindən 1-i məcburi köçkündür” – deyən deputat bu faktın həm də Azərbaycanda prioritet olan insan kapitalının inkişafına mane olduğunu göstərib.
Ermənistanda hökumət dəyişikliyinin Dağıq Qarabağ münaqişənin ədalətli həllinə müəyyən ümidlər yaratdığını diqqət çatdıran millət vəkili T.Mirkişili sonrakı proseslərin və Ermənistanın yeni rəhbərliyinin ziddiyyətli bəyanatlarının münaqişənin həllinə zərbə vurduğunu, bunun regionda yeni təhlükəli situasiya yaratdığını vurğulayıb.
Regional təhlükəsizliyə nail olmaqda əsas məqsədlər kimi, o, daxili sabitlik, vətəndaş həmrəyliyi, cəmiyyətdə həmrəylik, multikulturalizm, dinlər arası və xalqlar arası dialoq, dayanıq və dinamik iqtisadi inkişafı göstərib. Millət vəkili buna nail olmaq üçün hər bir ölkəni Azərbaycanın təşəbbüslərini dəstəkləməyə çağırıb.
Alpər TURAN
banner

Oxşar Xəbərlər