AZE | RUS | ENG |

Tahir Mirkişili: "ATƏT DTİHB-nin mövqeyi reallığı əks etdirmir"

Tahir Mirkişili:
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin hesabatı reallıqdan uzaq və qeyri-peşəkar yanaşmanın nəticəsidir.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

T.Mirkişilinin sözlərinə görə, müxtəlif siyasi partiyaları təmsil etmiş prezidentliyə namizədlərin hər birinin kifayət qədər seçki təbliğatı imkanı olduğu, seçicilərin bu dərəcədə aktivliyi, çoxsaylı müşahidəçilərin olduğu, bir sıra seçki məntəqələrində veb-kameraların quraşdırıldığı bir seçki prosesinə belə qeyri-peşəkar qiymət nə Azərbaycan-ATƏT münasibətlərinə, nə beynəlxalq praktikaya uyğundur, nə də reallıqları əks etdirir: "Seçki xalqın iradəsinin ifadəsidir. Azərbaycan xalqının iradəsinə hər kəs hörmət etməlidir".

Deputat qeyd edib ki, 11 aprel prezident seçkiləri şəffaf və demokratik əsaslarla keçirilib: "Seçkiləri müşahidə edən təşkilatlar artıq öz mövqelərini bildiriblər. Bəyan edilmiş mövqelərə görə seçkilər kifayət qədər şəffaf və demokratik keçirilib. Seçkilərdə aktiv iştirak edən Azərbaycan vətəndaşları öz iradələrini ifadə etdilər".

Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub.

Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000