• şənbə, 20 Aprel, 15:29
  • Baku Bakı 23°C

Tacikistanla Türkiyə arasında əməkdaşlıq məsələləri müzakirə olunub

16.06.19 11:40 428
Tacikistanla Türkiyə arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Tacikistanda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirənin Sammiti çərçivəsində Tacikistan və Türkiyə prezidentləri Emamali Rahmon və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
AZƏRTACxəbər verir ki, görüşdə ölkələr arasında siyasi, iqtisadi, ticarət, sosial, turizm, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Dünyada və regionda sülhün və sabitliyin qorunması, Əfqanıstan probleminin sülh yolu ilə həlli, terrorizm və ekstremizmlə birgə mübarizə sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Tərəflər nəqliyyat, logistika, əmək miqrasiyası, təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb.
Dövlət başçıları ölkələr arasında imzalanan sənədlərin həyata keçirilməsi, Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının fəaliyyətinin aktivləşdirilməsi, Tacikistan və Türkiyədə investorların və sahibkarların iştirakı ilə biznes-forumların keçirilməsi məsələlərini də müzakirə edib.
banner

Oxşar Xəbərlər