• cümə axşamı, 28 mart, 22:33
  • Baku Bakı 13°C

Tacikistanla Azərbaycan alüminium tranziti həcmlərinin və gil-torpaq tədarükünün artırılmasını müzakirə edəcək

08.08.18 15:30 784
Tacikistanla Azərbaycan alüminium tranziti həcmlərinin və gil-torpaq tədarükünün artırılmasını müzakirə edəcək
Azərbaycandan Tacikistana gil-torpaq tədarükünün və alüminiumun Azərbaycan vasitəsilə tranziti həcmlərinin artırılması müzakirə ediləcək.
Trend-in məlumatına görə, bu barədə Tacikistan hökumətindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, bu məsələ Tacikistan Prezidenti Emoməli Rəhmonun avqustun 10-11-i Bakıya səfəri zamanı müzakirə olunacaq:"Gələn il dünya bazarında alüminiumun qiyməti yüksək olacaq. Ona görə də ölkə 2019-cu ildə bu metalın istehsalını 245,5 tonadək artırmağı planlaşdırır. Bununla əlaqədar olaraq da Bakıda keçiriləcək danışıqlar zamanı əsas mövzulardan biri Tacikistan alüminiumunun Azərbaycan vasitəsilə tranziti həcmlərinin və Azərbaycandan Tacikistana gil-torpaq tədarükünün artırılması olacaq”.
Qeyd edək ki, Tacikistanla Azərbaycan arasında ticarət dövriyyəsinin əsas həcmini "TALKO” şirkətinin məhsulları təşkil edir. Bu məhsullar Azərbaycanın dəniz və dəmir yolları ilə Avropaya nəql olunur. Tacikistan Azərbaycandan gil-torpaq, koks və digər xammal növlərini alır.
banner

Oxşar Xəbərlər