AZE | RUS | ENG |

Tacikistanla Azərbaycan alüminium tranziti həcmlərinin və gil-torpaq tədarükünün artırılmasını müzakirə edəcək

Tacikistanla Azərbaycan alüminium tranziti həcmlərinin və gil-torpaq tədarükünün artırılmasını müzakirə edəcək
Azərbaycandan Tacikistana gil-torpaq tədarükünün və alüminiumun Azərbaycan vasitəsilə tranziti həcmlərinin artırılması müzakirə ediləcək.

Trend-in məlumatına görə, bu barədə Tacikistan hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, bu məsələ Tacikistan Prezidenti Emoməli Rəhmonun avqustun 10-11-i Bakıya səfəri zamanı müzakirə olunacaq: "Gələn il dünya bazarında alüminiumun qiyməti yüksək olacaq. Ona görə də ölkə 2019-cu ildə bu metalın istehsalını 245,5 tonadək artırmağı planlaşdırır. Bununla əlaqədar olaraq da Bakıda keçiriləcək danışıqlar zamanı əsas mövzulardan biri Tacikistan alüminiumunun Azərbaycan vasitəsilə tranziti həcmlərinin və Azərbaycandan Tacikistana gil-torpaq tədarükünün artırılması olacaq”.

Qeyd edək ki, Tacikistanla Azərbaycan arasında ticarət dövriyyəsinin əsas həcmini "TALKO” şirkətinin məhsulları təşkil edir. Bu məhsullar Azərbaycanın dəniz və dəmir yolları ilə Avropaya nəql olunur. Tacikistan Azərbaycandan gil-torpaq, koks və digər xammal növlərini alır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000