• cümə axşamı, 18 aprel, 22:39
  • Baku Bakı 21°C

Tacikistanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılır

10.10.16 21:51 1079
Tacikistanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılır
İqtisadiyyat naziri Şahin Mustafayev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovu qəbul edib.
Görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra konkret məsələlər və əlaqələrin inkişafı perspektivləri müzakirə edilib. Görüşdə həmçinin, bu il keçiriləcək Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının gündəliyi barədə fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər