• cümə axşamı, 18 aprel, 08:43
  • Baku Bakı 12°C

Tacikistandan gələn var - Transfer

29.01.14 12:08 1278
Tacikistandan gələn var - Transfer
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Tacikistan millisinin futbolçusu Axtam Hamrakulovu transfer edib.
Son 3 mövsümdə “Regar TadAZ” klubunda çıxış edən futbolçu ilə müqavilə də imzalanıb. Tacikistan Futbol Federasiyasından verilən xəbərə əsasən, hücumçu ilə 2,5 illik anlaşma əldə edilib.
Qeyd edək ki, neçə vaxtdır baxışda olan tacik AZAL-da keçirdiyi 5 yoxlama oyununda 1 het-trik və 1 dubl müəllifi olub. 26 yaşlı forvard paytaxt təmsilçisində 22 nömrəli forma ilə çıxış edəcək.
banner

Oxşar Xəbərlər