• çərşənbə, 24 Aprel, 00:32
  • Baku Bakı 14°C

Tacikistan prezident seçir

06.11.13 09:10 1476
Tacikistan prezident seçir
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, ölkədə 68 Dairə Seçki Komissiyası üzrə 3158 seçki məntəqəsi açılıb.
Eyni zamanda Tacikistandan kənarda 60 seçki məntəqəsi fəaliyyət göstərir. Dövlət nəşriyyatı dörd (tacik, rus, özbək və qırğız) dildə 4 mln-dan artıq seçki bülleteni çap edib.
Prezident postu uğrunda beş nəfər mübarizə aparır: Emoməli Rəhmon (hakim Xalq-Demokratik Partiyası), İsmoil Talbakov (Kommunist Partiyası), Tolibbek Buxariev (Aqrar Partiyası), Olimcon Babayev (İqtisadi İslahatlar Partiyası), Əbdüxalim Qafaraov (Sosialist Partiyası).
Artıq Tacikistanın hazırkı prezidenti Emoməli Rəhmon səsvermədə iştirak edib. Seçkiləri 30 ölkədən 500-dən artıq müşahidəçi müşahidə edir.
banner

Oxşar Xəbərlər