• çərşənbə axşamı, 19 mart, 11:41
  • Baku Bakı 8°C

“Söz planeti” muzeyi

06.02.17 13:45 5441
“Söz planeti” muzeyi
Ötən il ABŞ-da dünyanın ilk riyaziyyat muzeyi yaradılmışdı. Elmin hər bir sahəsinə eyni ciddiyyətlə yanaşan Birləşmiş Ştatlar bu ilin ilk günlərindən "Söz və dilçilik muzeyi”nin yaradılacağı xəbəri yayıldı. Bənzəri olmayan bu muzeyin necə qurulacağı hamıda böyük maraq oyatdı. Ağ evin İqtisadi və Sosial İnkişaf üçün Planlaşdırma Mərkəzi Bürosu muzey üçün ilk addımı atıb. Belə ki, Franklin məktəbinin tarixi binası "Söz Planeti” muzeyinin araşdırma mərkəzi elan edilib. Yanvarın 30-da isə muzeyin rəsmi saytı – planetwordmuseum.org – fəaliyyətə başlayıb. Rəsmi açılış məktubunda yazılıb: "Belə bir muzeyə Franklin məktəbi kimi tarixi bir binanın ayrılması bizim üçün fəxrdir. Söz planeti kəsb etdiyi mahiyyət və planlaşdırdığı işlərin əhəmiyyətliliyi ilə Franklin Məktəbinin əvvəlki arxitektual şöhrətini bərpa edəcək. Söz planeti dil və söz araşdırmaçılarının elmi prosesi əyləncəli, interaktiv və bənzərsiz təcrübəyə çevrilməsinə şərait yaradacaq. Cəmiyyətin dilçilik elminə marağının artmasına, ədəbi qabiliyyətlərin inşa edilməsinə səbəb olacaq. Bu ideya yox yerdən yaranmadı. Biz cəmiyyətdəki boşluğu, dilçilik elminə, söz sənətinin araşdırılmasına olan ehtiyacı nəzərə alaraq, belə bir ideyanın üzərində işlədik”.
Layihənin idarəçi meneceri "Nyu-York Tayms” dərgisinin redaktorlarından Tom Freydmanın xanımı Ann B. Freydmandır. Dilçilik üzrə araşdırmaçıların, elmi işçilərin ən çox ziyarət edəcəyi yerlərdən biri olacağı güman edilir. Lakin muzeyin hansı konsepsiya ilə fəaliyyət göstərəcəyi hələ də açıqlanmayıb. İşin maraqlı tərəfi isə odur ki, muzey sadəcə ingilisdillilər üçün yox, bir çox Avropa dilində danışanlar üçün də olduqca yararlı mərkəz olacaq. Muzeyin tam hissə ilə 2019-cu ildə fəaliyyətə başlayacağı bildirilir.
banner

Oxşar Xəbərlər