• cümə, 29 Mart, 13:13
  • Baku Bakı 14°C

“Söyüşcül qrupların fəaliyyəti hətta Avropadakı müxalif baxışlı insanlar tərəfindən qəbul olunmur”

09.04.18 13:10 1437
“Söyüşcül qrupların fəaliyyəti hətta Avropadakı müxalif baxışlı insanlar tərəfindən qəbul olunmur”
Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımovun APA-ya müsahibəsi.
- Azərbaycanda prezident seçkilərinə sayılı günlər qalıb. Bu siyasi prosesə Avropada yaşayan azərbaycanlıların reaksiyası necədir?
- Əvvəlcə onu deyim ki, Azərbaycanda son dövrlər baş verən pozitiv dəyişikliklər, dövlətin xarici siyasəti, xüsusiləDağlıq Qarabağməsələsi ilə bağlı ötən ilin noyabr ayındaAvropa İttifaqıilə əməkdaşlıqda qazandığı nailiyyətlər biz qitə azərbaycanlılarının tarixi vətənimizə qarşı rəğbətini daha da artırır. Buna son dövrdə Azərbaycan vəAvropa İttifaqının daha da yaxınlaşması da təsir edir. Təbii ki, bunun fonunda aprelin 11-də Azərbaycanda baş tutacaq prezident seçkiləri kimi həlledici siyasi prosesə azərbaycanlıların münasibəti proqressivdir. Qitədə yaşayan azərbaycanlıların əksəriyyətinin Azərbaycanla bu və ya digər müstəvidə sıx əlaqələri var. Azərbaycanın gələcəyi üçün atılan hər bir pozitiv addım, hansı ki, bu orada mütəmadi baş verir, Avropadakı azərbaycanlılar tərəfindən birmənalı şəkildə dəstəklənir. Məsələ bundadır ki, xaricdən, xüsusilə Avropadan Azərbaycanın qlobal müstəvidə fəaliyyəti ilə bağlı məsələlər obyektiv baxışda bir qədər fərqli görünür. Bu faktdır ki, Azərbaycana qarşı ikili standartlar açıq formada özünü göstərməkdədir. Azərbaycan üzərində iri dövlətlərin birtərəfli maraqları bunun əsasını təşkil edir. Biz görürük ki, nə vaxt Azərbaycanda ciddi tədbirlər həyata keçirilirsə, Qərbdə bəzi dairələrin buna sarsıdıcı zərbələr vurmaq cəhdləri fəal müşahidə olunur. Biz dəfələrlə buradakı siyasətçilərə bu iradımızı bildirdikdə, təəssüf ki, qəti bir açıqlama ala bilmirik. Bəzi Qərb ölkələrində fəaliyyət göstərən bır sıra qurumlar müsəlman ölkəsi olan Azərbaycanı növbəti Liviya vəSuriyakimi münaqişə meydanı olaraq seçmək istəyirlər. Amma Azərbaycan heç bir halda belə oyunlara meydan olacaq ölkə deyil. Bütün hallarda Azərbaycanda baş verən istənilən siyasi proses bizim üçün həssasdır, tarixi vətənimizin indiyə kimi keçdiyi inkişaf yolu bizim üçün xaricdə qürur mənbəyidir. Azərbaycana qarşı, dövlət və dövlət atributuna qarşı atılan istənilən iftiranı, çirkin addımı qitədə yaşan özünü azərbaycanlı sayan hər kəs özünə qarşı atılmış hesab edir.
- Son vaxtlar Avropada "söyüşlü müxalifət” adı altında qrupların formalaşması gündəmi məşğul edib. Bu barədə nə deyə bilərsiniz?
- Bunlar son vaxtlar müxalifət adı ilə peyda olublar və sırf söyüş, təhqir missiyasına start veriblər. Çox da deyillər, bir qrupdur. Bilirsiniz, biz uzun illərdir Avropada yaşayan və fəaliyyət göstərən Azərbaycan hakimiyyətinə siyasi müxalif olan şəxslərlə bir həmyerli kimi ünsiyyətimiz var. Qarşılıqlı olaraq ümummilli məzmunlu tədbirlərimizdə hər zaman iştirak edirik. Məsələ burasındadır ki, burada yaşayan o müxaliflərin siyasi baxışları bizim üçün heç bir problem yaratmır, normal qəbul edilir. Amma çox təəssüf ki, son vaxtlar peyda olan müxalif adı altında radikal, heç bir siyasi mübarizə ilə uzlaşmayan fəaliyyət sahibləri nəinki azərbaycanlıların, həm də onların bu təhqiri ilə rastlaşan avropalıların qınaq mənbəyinə çevrilirlər. Qitədə yaşayan azərbaycanlılar olaraq biz müxtəlif siyasi baxışlı insanların fəaliyyətini tolerantlıqla qarşılayırıq. Təbii ki, mövcud prinsip və qaydalar çərçivəsində olduqca tolerant yanaşırıq. Amma bu peyda olan söyüşcül qrupların fəaliyyəti nəinki prinsip və qaydalara sığmır, hətta buradakı əzəli müxalif baxışlı insanların özləri tərəfindən qəbul olunmur. Məsələn, Avropanın müxtəlif ölkələrində ötən əsrin sonlarından Azərbaycan hakimiyyətinə müxalif olan insanlar məskunlaşıb, amma onların heç birinin fəaliyyəti bu söyüşcül qrupların çağırışları ilə üst-üstə düşmür. Biz əvvəlcə buna əhəmiyyət verməməyə çalışdıq, çünki bunlar dediyim kimi avropalıların diqqətini çəkəcək qədər az və kasad intellektə malikdirlər. Lakin son vaxtlar onların sosial mediada Azərbaycan dövlət atributlarını ən ağır formada və dayanmadan təhqir etmələri burada yaşayan azərbaycanlıları narahat etməyə başladı. Biz də qitədə yaşayan azərbaycanlıların əksəriyyətinin cəmləşdiyi Avropa Azərbaycanlıları Konqresi olaraq qanunlar çərçivəsində qitə ölkələrinin rəsmilərinə etirazımızı bildirməyə başladıq. Məsələn, bu günlərdə Rotterdam, Haaqa, Brüsseldə azərbaycanlıların buna etiraz aksiyaları oldu. Bu aksiyalar Polşa, Ukrayna və digər ölkələrdə də davam edəcək. Məhz ayın 11-də Azərbaycanda seçki günü biz AAK olaraq qitə azərbaycanlılarının nümayəndələrini Berlinə toplayıb orada da öz sözümüzü deyəcəyik.Məsələ bundadır ki, bu qrupların yaşadığı ölkələrin dövlət atributlarını təhqir etmək həmin ölkələrin qanunlarına ziddir. Amma nədənsə bu radikal qrupların üzvləri doğulub böyüdükləri Azərbaycanın atributlarına qarşı olduqca məsuliyyətsiz, olduqca hörmətsiz davranırlar. Bu da yuxarıda dediyim kimi bizi artıq narahat edir, onları görən avropalıların yanında bizi məyus edir.Ona görə də biz artıq qərar vermişik ki, qitədə illərdir yaşayan azərbaycanlılar olaraq bunlara qarşı istər ictimai aksiyalarla, istərsə də hüquqi müstəvidə ciddi cavab verək. Bildiyiniz kimi AAK-da Avropanın 50-dən çox ölkəsində yaşayan azərbaycanlıların 130-dan çox təşkilatı cəmləşib.
- Ümumiyyətlə Avropada azərbaycanlıların həmrəyliyi, vahid ideya altında birliyi və yerli ölkələrin ictimai-siyasi həyatına inteqrasiyası ilə bağlı AAK hansı planları həyata keçirir?
- Bilirsiniz, xaricdə yaşayan azərbaycanlıları vahid ideya altında birləşdirmək elə də asan deyil. Əgər digər ölkələrin diaspor hərəkatına baxsaq, məsələn, qardaş Türkiyənin bu istiqamətdə dini faktordan yaralanması praktikası mövcuddur. Ermənistanda isə erməni diasporunu vahid ideya ətrafında birləşdirən qriqorian kilsəsi faktoru var. Məsələn, təkcə Niderlandda 12-dən çox erməni qriqorian kilsəsi fəaliyyətdədir. Uzun illərdir dünyada 50 milyondan çox azərbaycanlını birləşdirə biləcək azərbaycançılıq ideyası kimi müqəddəs bir amal var. Son 20-25 ildə bunun ətrafında birləşmək praktikası nəticə üçün kifayət edən müddət deyil. Buna baxmayaraq AAK əhatə etdiyi 50-dən çox ölkədə təkcə son bir ildən artıq müddətdə yeni yaratdığı mərkəzlər vasitəsi ilə azərbaycanlıları, xüsusilə gəncləri müxtəlif layihələrlə cəmləşdirməyə başlayıb. Bura yerli seçkili və inzibati orqanlarda iştirak üçün vahid dəstəyin verilməsi, gənclər hərəkatının yaradılması, hüquqi mərkəzlərin formalaşdırılması,Dağlıq Qarabağmünaqişəsinin yeni formatda gündəmə gətirilməsi və s. daxildir. Bu regional mərkəzlər Baltikyanı, Benilüks, Skandinaviya, Şərqi Avropa ölkələri və s. coğrafi məkanlara müvafiq formalaşan mərkəzlərdir. İndi müəyyən səbəblərdən, xüsusilə bədnam düşmənlərimizin lobbisinin məkrli hücumlarından yayınmaq üçün bu layihələrimizin detallarını açıqlamaq istəməzdim. Amma əmin edirəm ki, siz dediyiniz birləşdirmə bu planlarımızın əsas qayəsini təşkil edir. Bizim artıq start verdiyimiz mütəmadi regional yığıncaqlarda bu tədricən nəticə olaraq özünü göstərəcək.
banner

Oxşar Xəbərlər