• cümə, 29 Mart, 04:14
  • Baku Bakı 7°C

“Söyüş müxalifəti”nin çırağı sönür

26.04.18 20:54 894
“Söyüş müxalifəti”nin çırağı sönür
Artıq həbsdə olan "Quska” ləqəbli Hüseyn Abdullayev xaricdəki antimilli qüvvələrlə əməkdaşlıq edən və Azərbaycan maraqlarını açıq hərraca çıxaran bir qrup radikal ünsürün - "söyüş müxalifətini” maliyyələşdirib. Onunla yanaşı, "söyüş müxalifətini” maliyyələşdirənlər arasında Beynəlxalq Universitetin rektoru olmuş Elşad Abdullayev, sabiq hərbçi İsa Sadıqov və erməni lobbisinin pulları ilə böyük sərvət toplamış keçmiş səfir Arif Məmmədov da yer alıblar. Onların hər biri barədə etdikləri xəyanətlərini sübuta yetirən kifayət qədər dosyelər, sübutlar mövcuddur. Artıq o da kimsəyə sirr deyil ki, həmin başıpozuqların maliyyələşdirilməsində iştirak edən bu siyasətbazlar əslində siyasi mövcudluqlarını göstərmək üçün radikal ünsürlərdən bir alət kimi də istifadə ediblər, yenə də etməkdədirlər. Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərləri bilavasitə alət rolunu alıblar. Məsələn, maliyyə maqnatı rolunda çıxış edən "Quska”nın ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana 22 min avro vəsait ayırdıgı barədə faktlar ortadadır. Azərbaycan dilindən yalnız söyüş söymək üçün istifadə etdiyini həyasızcasına bəyan edən və prezident seçkisi ərəfəsində ABŞ-ın NED təşkilatından qrant almış Leyla Yunusun da başıpozuqların maliyyə dəstəkçisi rolunda çıxış etməsi barədə məlumatlar var.
Təkamül Partiyasının sədri Teyyub Qənioğlu mövzu ilə bağlı bildirib ki, xaricdə mühacir həyatı yaşayan bəzi şəxslərin Azərbaycan dövləti haqqında ağızlarına gələni danışmaları və yazmaları onlara heç vaxt baş ucalığı gətirməyəcək. Partiya sədrinin fikrincə, bu gün Azərbaycanı istəməyən xarici qüvvələr var ki, onlar Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaq istəyirlər: "Bunun üçün də xaricdəki şəxslərdən özlərinin məkrli planlarının həyata keçirilməsində bir alət kimi istifadə edirlər. Xaricdəki "söyüş qrupu” isə ifşa olunur. Xarici pozucu qüvvələr düşünürlər ki, belə etməklə onlar Azərbaycanda nə isə bir qarışıqlıq yarada biləcəklər. Amma onlar nə planlaşdırmalarından asılı olmayaraq, heç vaxt ölkəmizlə bağlı məkrli planlarını həyata keçirə bilməyəcəklər. Çünki xalq xaricdə olan həmin şəxslərin kim olduqlarını və nə etmək istədiklərini yaxşı bilir. Ümumiyyətlə, xaricdəki şəxslərin söyüşdən istifadə etmələri bir daha sübut edir ki, onlar zəif və heç bir bacarığı olmayan adamlardır. Əlbəttə ki, xarici ölkələrdə olan həmin şəxslərin bu cür hərəkətlərə əl atması birmənalı şəkildə pislənilir. Özləri də yaxşı bilir ki, boş-boş işlərlə məşğul olurlar”.
Partiya sədri deyib ki, ölkəmizə qarşı məkrli planlar eyni mərkəzdən planlaşdırılır: "Bunlar eyni mərkəzdən idarə olunur. Məqsədləri də Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaqdır. Amma daha bilmirlər ki, onlar məhz bu cür hərəkətləri ilə özləri-özlərini tamamilə gözdən salırlar”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər