• şənbə, 20 Aprel, 02:55
  • Baku Bakı 15°C

Syomin rəsmən “Qəbələ”də

20.05.13 15:05 1759
Syomin rəsmən “Qəbələ”də
Qəbələ” futbol klubu rusiyalı baş məşqçi Yuri Syominlə razılığa gəlib. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
Onun sözlərinə görə, 66 yaşlı mütəxəssislə danışıqlar uğurla nəticələnib. Təcrübəli mütəxəssislə mayın 22-də rəsmi müqavilə imzalanacaq. Anlaşmanın 1+1 sistemi üzrə bağlanacağı gözlənilir. Mayın 29-da isə Syomin ictimaiyyətə təqdim olunacaq.
Nəcəfov bildirib ki, komandanın yeni transferi Volodimir Levin də məhz rusiyalı baş məşqçinin istəyilə həyata keçirilib. Syomin Bakıda olduğu vaxt “İnter” – “Qarabağ” görüşünü də izləyib və həmin vaxt meydan sahiblərinin müdafiəçisinin alınmasını istəyib. “Qəbələ”nin hücum xəttinin güclü olduğunu deyən vitse-prezidentin sözlərinə görə, daha çox arxa xətt ehtiyac duyduqları üçün bu keçid rəsmiləşib.
Qeyd edək ki, Yuri Syomin əvvəllər Rusiyanın “Kuban”, “Lokomotiv”, “Dinamo” (Moskva), Tacikistanın “Pamir”, Ukraynanın “Dinamo” (Kiyev), eləcə də Yeni Zelandiyanın olimpiya və Rusiyanın əsas millilərinin baş məşqçisi olub. O, “Lokomotiv”lə 2 dəfə Rusiya çempionu, 4 dəfə ölkə kubokunun və 2 dəfə Superkubokun, 1 dəfə Birlik Kubokunun sahibi, Kiyev “Dinamo”sunda isə 1 dəfə Ukrayna çempionu və ölkə Superkubokunun qalibi olub.
banner

Oxşar Xəbərlər