• cümə, 19 Aprel, 21:43
  • Baku Bakı 24°C

"Swing Soul Band" musiqi qrupu solo konsert verəcək

22.05.17 13:10 1517
"Swing Soul Band" musiqi qrupu solo konsert verəcək
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Swing Soul Band" adlı yeni musiqi qrupunun böyük solo konsert proqramı olacaq. Milli Konservatoriyanın tələbələrindən ibarət qrup konsertdə retro və xalq mahnılarımızı eləcədə dünya xitlərini fərqli üslubda ifa etməyi nəzərdə tutur.
Qrupda yalnız Şakir Süleymanovun ifa etdiyi musiqi aləti milli alətimizdir. Şakir Süleymanov hər zaman eksperiment edib tarı başqa tərəflərdən göstərməyə çalışır. Xüsusən tar ilə caz janrının yeni çalarlarını göstərməyə çalışır.
Qeyd edək ki, qrupun vokalçısı yeni ulduzun iştirakçısı və eləcə də xalq artisti İlqar Muradovun tələbəsi Aysel İbrahimovadır. "Swing Soul Band" ilk konsertlərində Azərbaycan estradası, etno caz, xarici pop, pop caz janrlarında musiqiləri fərqli tərzdə səsləndirəcək. 24 may saat 19:00-da keçiriləcək konsertdə bir çox məhşurların və ictimai fiqurların iştirakı nəzərdə tutulub. Konsertə biletlər şəhərin kassalarında satılır.
banner

Oxşar Xəbərlər