• cümə, 19 Aprel, 15:15
  • Baku Bakı 25°C

Şövkət Ələkbərovanın vəfatından 21 il keçdi - Video

07.02.14 10:12 1479
Şövkət Ələkbərovanın vəfatından 21 il keçdi - Video
Xalq artisti Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti vəzifəsində işləyib.
Azərbaycanı SSR-in bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla təmsil edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Onun ifa etdiyi mahnıları bu gün də hər kəs sevə-sevə dinləyir./axar.az/
banner

Oxşar Xəbərlər