• cümə axşamı, 28 mart, 13:18
  • Baku Bakı 16°C

Sverdlovsk vilayəti Azərbaycana biznes missiyalar göndərəcək

12.09.19 15:30 613
Sverdlovsk vilayəti Azərbaycana biznes missiyalar göndərəcək
Gələn il Rusiyanın Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyi Azərbaycana bir sıra biznes missiyalar göndərməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu qurumun rəhbəri Vasili Kozlov deyib.
Onun sözlərinə görə, söhbət ayrı-ayrı sahələr üzrə biznes missiyalardan gedir:
"Missiyaların tərkibində kimya sənayesi, informasiya texnologiyaları və digər sahələrin nümayəndələri olacaq. Eyni zamanda, Sverdlovsk vilayəti müxtəlif istehsal sahələri üzrə yüksək texnoloji əməliyyatlar üçün Azərbaycandan mütəxəssisləri cəlb etməyə hazırdır”.
banner

Oxşar Xəbərlər