• cümə, 19 Aprel, 10:03
  • Baku Bakı 13°C

Suzanna Çaqinyan: "Qarabağ münaqişəsi erməni xalqına, Qarabağ ermənilərinə faciə gətirib”

09.11.16 15:48 975
Suzanna Çaqinyan: "Qarabağ münaqişəsi erməni xalqına, Qarabağ ermənilərinə faciə gətirib”
"Ermənistanda hakimiyyəti zəbt etmişSerj Sarkisyanrejiminə qarşı mübarizə aparan hər kəs təzyiqlərlə üz-üzə qalıb".


APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan bildirib.


O deyib ki, Sarkisyan rejimi münaqişənin həllində maraqlı deyil: "Serj Sarkisyana belə vəziyyət sərf edir. Dağlıq Qarabağ münaqişəsi erməni xalqına, Dağlıq Qarabağda yaşayan ermənilərə faciə və göz yaşları gətirib, bundan başqa heç nə bəxş etməyib. YalnızSerj Sarkisyankimilər bundan istifadə edərək hakimiyyəti ələ keçiriblər".
banner

Oxşar Xəbərlər