• cümə axşamı, 18 aprel, 16:06
  • Baku Bakı 22°C

Süveyş kanalının bloklanmasından yaranan itkilər hesablanıb

26.03.21 11:45 639
Süveyş kanalının bloklanmasından yaranan itkilər hesablanıb

Süveyş kanalından hər gün 10 mlrd. ABŞ dolları dəyərində neft və məhsullar daşıyan gəmilər keçir.
"APA-Economics”in məlumatına görə, bu hesablamaları "Bloomberg” agentliyi təqdim edib.
Qeyd edək ki, martın 23-də Süveyş kanalında "Ever Given” konteyner gəmisinin suyun dibinə oturması nəticəsində kanalda hərəkət bloklanıb. Gəminin çıxarılması bir neçə həftə çəkə bilər.
"Bloomberg” bildirir ki, kanalın bloklanması zamanı Çindən Avropaya 40 futluq konteynerin daşınması xidmətləri illik ifadədə 4 dəfə bahalaşaraq təxminən 8 min dollara çatıb.
"Yaxın Şərqdən Çinə yanacaq nəql edən əsas neft daşıyıcılarının gündəlik mənfəəti 1 371 dollara yüksəlib, baxmayaraq ki, sıxlıq onların marşrutlarını təsir etmir”, - agentlik qeyd edir.
Adətən 1 mln. barel neft daşıyan "Suezmax” gəmiləri hazırda gündə təxminən 17 min dollar qazanır. Bu, 2020-ci ilin iyun ayından etibarən ən yüksək göstəricidir. ABŞ-da ən böyük maşın istehsalçısı "Caterpillar Inc.” – kanalın tıxanması səbəbindən çatdırılma gecikmələri ilə üzləşib və malların hava yolu ilə daşınmasını düşünür.
Süveyş kanalının potensial olaraq həftələrlə bağlanması mümkündür, buna görə yükgöndərənlər hazırda Afrika ətrafında üzmə xərclərini nəzərdən keçirilər. "Bloomberg”in qiymətləndirməsinə görə, Yaxın Şərqdən Avropaya neft çatdıran bir supertanker üçün təkcə yanacağın dəyəri təxminən 300 min dollar olardı.
Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan "Ever Given” gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və kanalın dibinə oturub. Nəticədə, kanalla hərəkət bloklanıb və 100-dən çox gəmi tıxacda qalıb.
banner

Oxşar Xəbərlər